"Barselona"da şok

İspaniyanın "Barselona" klubu ciddi itki ilə üzləşib.Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Andres İnyesta zədələnərək sıradan çıxıb.
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Gürcüstanla oyunda (1:0) zədələnən İnyestanın sağ ayağında yırtıq aşkar olunub. Futbolçunun ən azı 10-15 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Qeyd edək ki, İnyesta La Liqada "Getafe" və "Qranada" oyunları ilə yanaşı, Çempionlar Liqasının qrup mərhələsinin ilk görüşü çərçivəsində baş tutacaq "Spartak" (Moskva) ilə matçı da buraxmalı olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31