Sevinci ürəyində qaldı

Rusiyanın paytaxtı Moskvada keçirilən Beynəlxalq Qaçış Marafonunda maraqlı hadisə baş verib. Fanat.az-ın məlumatına əsasən, finişə 2 saniyə qalmış xoşbəxtlikdən qollarını havaya qaldırıb qələbəni bayram edən Mixail Kulkovun sevinci yarıda qalıb. Belə ki, onun sevindiyi vaxtda arxadan sürətlə gələn Fyodr Şutov Mixailiq qolları arasından sıyrılaraq yaraşın qalibi olub.
Rusiya mətbuatı isə baş verənləri belə qiymətləndirib: "Moskvadakı yarış idman dünyasına bu mesajı verdi: son saniyə olsa belə ümidini itirmə, təslim olma və mübarizə apar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31