Azərbaycanda futbol rəzaləti – Canlı yayımda ağır söyüşlər
Bu söyüşlər oyunu canlı yayımlayan AzTV-dən açıq-aydın eşidilib
12 Sentyabr 2012 14:59 İdmanDünən keçirilən Portuqaliya-Azərbaycan oyununda biabırçılıq baş verib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı artıq sosial şəbəkələrdə məlumat yayılıb. Belə ki, oyun zamanı futbolçuların bir-birlərinə ağır söyüşlər söydüyü bildirilir. Bu söyüşlər isə oyunu canlı yayımlayan AzTV-dən eşidilib. Yayılan videolarda da açıq-aydın eşidilir ki, futbolçularımız oyunlarından çox bir-birlərini küçə söyüşləri ilə təhqir ediblər. Bu isə televiziya vasitəsi ilə minlərlə tamaşaçıya eşitdirilib...Videoda ağır söyüşlər olduğu üçün təqdim etmirik. Arzulayan "Youtube"də dinləyə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31