Onlar da gəldilər-paralimpiyaçılar...

Böyük Britaniyanın paytaxtı Londonda XIV Paralimpiya Oyunlarında iştirak etmiş Azərbaycan idmançıları sentyabrın 12-də Vətənə qayıtmışlar

AzərTAc xəbər verir ki, Londonda Azərbaycanın idman tarixinə yeni parlaq səhifələr yazmış paralimpiyaçılarımızı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında onların ailə üzvləri, idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri böyük təntənə ilə, gül-çiçəklə, musiqi sədaları altında qarşılamışlar.XIV London Paralimpiya Oyunlarında Azərbaycan idmançıları 12 medal qazanmışlar. Bu medalların 4-ü qızıl, 5-i gümüş, 3-ü bürüncdür. İştirakçı komandalar arasında Azərbaycan yığması 27-ci yeri tutmuşdu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31