UDUZDUQ...

Birinci hissədə inamla müdafiə olunan futbolçularımız ikinci hissədə üç qol buraxdılar

2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası ikinci oyununu keçirib. Millimiz Braqa şəhərindəki AXA stadionunda Portuqaliya yığması ilə qaşılaşıb. Qarşılaşma 3:0 hesabı ilə meydan sahibi komandanın xeyrinə başa çatıb. Qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmayıb. Lakin ikinci hissədə Portuqaliya yığması futbolçularımızın müqavimətini qıra bilib. Meydan sahibləri hesabı 64-cü dəqiqədə Silvestre Varela açıb. Oyunun 85-ci dəqiqəsində Elder Poştiqa fərqlənib. Qapımızdan üçüncü qolu isə 88-ci dəqiqədə Brunu Alveş keçirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31