Şeyx Mübariz Mənsimovdan nə xahiş edib?
11 Sentyabr 2012 19:38 İdmanDünən Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin yenidən "Xəzər Lənkəran"da oynayacağını xəbər vermişdik. Məlumata görə, Kamran Ağayevin yenidən klubuna qaytarılması işınə yüksək vəzifəli və "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimovla münasibətləri yaxşı olan şəxs qarışıb.
Və həmin şəxs "Palmalı" şırkətinin prezidenti Mübariz Mənsimovla birlikdə Türkiyənin Lənkəranda Fəxri Konsulluğunun açılışında olan zaman Kamran Ağayevin kluba qaytarılması xahişini edib. Həmçinin qeyd etmişdik ki, sentyabrın 13-ü "Xəzər Lənkəran" komandasının futbolçusu Alim Qurbanovun toyu olacaq. Və Alim Qurbanovun toyunda Kamran Ağayevin kluba qaytarılması məsələsinin həll olunacaq. Alim Qurbanovun toyunda "Xəzər Lənkəran" rəhbərliyi ilə yanaşı Kamran Ağayevin də iştirak edəcəyi gözlənilir.
Bu arada Avrofutbol.com-a daxil olan məlumatlara görə, Mübariz Mənsimovdan Kamran Ağayevin "Xəzər Lənkəran"a qaytarılması xahişini Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə edib. Maraqlıdır ki, Allahşükür Paşazadənin futbolla qətiyyən maraqlanmadığı məlumatlar sırasındadır. Xəbərə görə, Kamran Ağayevi Mübariz Mənsimova tapşırmağı Şeyxdən yuksək vəzifəli şəxs xahiş edib.
Kamran Ağayevin "Xəzər Lənkəran"a geri qaytarılması xəbərini artiq klubun baş məşqçısi Yunis Hüseynovda verdiyi aşıqlamasında dolayisi ilə təsdiqləyib.
Lakin Azərbaycanda ən böyük və çılğın azərkeş kütləsinə sahib "Xəzər Lənkəran"ın fanatları Kamran Ağayevin geri qaytarılması xəbərindən hiddətləniblər. Dünən və bü gün sosial şəbəkələrdə lənkəranlı azərkeşlər Kamran Ağayevin geri qaytarılmasına qarşı olduqlarını və klubun gənc qapıçı Orxan Sadıqlıya güvənməli olduğunu yazdığı şərhlərdə qeyd ediblər.