Messiyə edilən təklif Ronaldoya da gəldi
11 Sentyabr 2012 20:22 İdman"Real" (Madrid) klubu komandanın aparıcı futbolçusu Kriştiano Ronaldo ilə müqaviləni yeniləməyi planlaşdırır.Qol.Az-ın "Marca"ya istinadən verdiyi məlumata görə, Madrid təmsilçisi portuqaliyalı ulduza ömürlük müqavilə təklif edib. Klub rəhbərliyi 27 yaşlı futbolçunun illik gəlirini də artırıb. Belə ki, Ronaldo "Real"la müqavilə yeniləyəcəyi təqdirdə ilinə 15 milyon avro qazanacaq. Ötən mövsüm keçirdiyi 55 rəsmi oyunda 60 qola imza atan Ronaldo hazırda "Real"da ilinə 11 milyon avro qazanır. Futbolçunun "Real"ın yeni təklifini necə qarşılayacağı böyük maraq doğurur. Ronaldo 2009-cu ildə 93,1 milyon avro qarşılığında "Mançester Yunayted"dən "Real"a transfer edilmişdi. Qeyd edək ki, bu yaxınlarda "Real"ın əzəli rəqibi "Barselona" klubu ulduz oyunçusu Lionel Messiyə ömürlük müqavilə təklif etmişdi.