UEFA "Neftçi"nin avrokuboklardakı rəqiblərini cəzalandırdı

Bir müddət öncə UEFA-nın avrokuboklarda çıxış edən bəzi klublara sərt cəza verməyə hazırlaşdığı xəbər verilmişdi. Azerisport.az xəbər verir ki, qitə futbol qurumu 27 klubun maliyyə işlərində yol verdikləri qanun pozuntularına görə cəzalanacağını bəyan etmişdi. Artıq UEFA gözlənilən cəzanı açıqlayıb. Lakin son anda 23 klub cəzalanıb. Görünür, digər 4 kluba müəyyən məqamlara görə güzəşt edilib. Cəzalanan klublar arasında Azərbaycan çempionu "Neftçi"nin Avropa Liqasının qrup mərhələsindəki iki rəqibi də var. Bunlar Serbiyanın "Partizan" və Rusiyanın "Rubin" klublarıdı. Eyni zamanda qardaş Türkiyənin "Eskişehirspor" və "Fənərbağça" klubları da cəzadan yan qaça bilməyib. Verilən cəzaya gəlincə, UEFA aşağıda adlarıçəkilən klubların bu avrokuboklar mövsümündəki iştiraka görə əldə etməli olduqları mükafatlardan məhrum edib. Bir sözlə, cəzalanan 23 klub UEFA-nın verməli olduğu gəlirləri əldə edə bilməyəcəklər. Digər klublara, işçilərinə və futbolçularına borcu olan, eləcə də vergi borclarını ödəyə bilmədiyi üçün cəzalanan klubların tam siyahısı belədi:

Borac (Bosniya)
Sarajevo (Bosniya)
Zelezniçar (Bosniya)
CSKA (Sofiya, Bolqarıstan)
Hajduk (Xorvatiya)
Osijek (Xovatiya)
Atletico (İspaniya)
Malaga (İspaniya)
Maccabi (Netanya, İsrail)
Shkendija (Makedoniya)
Floriana (Malta)
Buduçnost (Monteneqro)
Rudar (Monteneqro)
Ruch (Polşa)
Sporting (Portuqaliya)
Dinamo (Buxarest, Rumıniya)
Rapid (Buxarest, Rumıniya)
Vaslui (Rumıniya)
Rubin (Rusiya)
Partizan (Serbiya)
Vojvodina (Serbiya)
Eskişehirspor (Türkiyə)
Fənərbağça (Türkiyə)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31