Kasilyas: "İspaniya seçmə mərhələdən azad olmalıdır"

İspaniya milli komandasının qapıçısı İker Kasilyas maraqlı açıqlamaları ilə diqqət çəkib.
Qol.Az-ın məlumatına görə, "As" qəzetinə danışan Kasilyas son dünya çempionunun növbəti mundial üçün seçmə mərhələdə oynamasının absurd olduğunu bildirib:
"Əvvəllər son dünya çempionu və ev sahibi komandalar növbəti mundialın final mərhələsinə birbaşa vəsiqə qazanırdı. Məncə, bu, daha düzgün addım idi. İndi isə vəziyyət dəyişib.
Son dünya çempionu olmağımıza baxmayaraq, digər komandalar kimi biz də seçmə mərhələdə mübarizə aparırıq. Bu, absurddur. Düşünürəm ki, son dünya çempionları da meydan sahibləri kimi seçmə mərhələdən azad olmalıdır".
Qeyd edək ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bu axşam səfərdə Gürcüstanın qonağı olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31