Milli yığma komandamız Dünya Çempionatına yola düşüb
11 Sentyabr 2012 17:59 İdman10 sentyabr tarixində idman dırmanması üzrə ölkəmizin milli yığma komandası 12-17 sentyabr tarixlərində Fransanın paytaxtı Paris şəhərində keçiriləcək Dünya Çempionatına yola düşüb. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından "OLAYLAR"a daxil olan məlumatda bildirilir ki, idman dırmanması üzrə Dünya Çempionatında ölkəmizi Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) idmançılarından ibarət 8 nəfərlik komanda (4 oğlan və 4 qız) təmsil edəcək.
Gənclər və İdman Nazirliyinin "Təqvim Planına" əsasən Dünya Çempionatında iştirak edəcək milli yığma komandanı Gənclər və İdman Nazirliyinin nümayəndəsi ilə yanaşı FAİREX-in rəhbərliyi, eləcə də Federasiya tərəfindən Türkiyədən dəvət olunmuş idman dırmanması üzrə peşəkar mütəxəssis müşayət edir.