Gözəl tennisçi kişilər üçün soyundu
11 Sentyabr 2012 16:22 İdmanMəşhur tennisçi Anna Kurnikova Avstraliyada işıq üzü görən, kişilər üçün nəzərdə tutulmuş "Maxim" jurnalı üçün kamera qarşısına keçib.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, aldığı çoxsaylı zədə ucbatından tennisə qayıda bilməyən rusiyalı Anna Kurnikova ən gözəl tennisçilərdən sayılır. Elə "Maxim" jurnalı üçün verdiyi pozalarla da bunu bir daha təsdiqləyib.
Qeyd edək ki, Anna Kurnikova İTF və WTA versiyaları üzrə dünyanın bir nömrəli qadın raketka ustası olub, iki dəfə ardıcıl olaraq Böyük dəbilqə turnirinin qalibi olub. 2003-cü ilə WTA turnirində çıxışını dayandıran tennisçi mütəmadi olaraq, xeyriyyə matçlarında iştirak edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31