Luiş Fiqu: ""Neftçi"yə qarşı bizim üçün asan olmayacaq" ""Neftçi"yə qarşı bizim üçün asan olmayacaq"

İsveçrənin Jeneva şəhərində Avropa Klublar Assosiasiyasının (ECA) IX Ümumi Assambleyasının iclası keçirilir. Azerisport.az xəbər verir ki, tədbirdə "Neftçi"ni Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Gündüz Abbaszadə təmsil edir.  İclasda iştirak edənlər arasında İtaliyanın "İnter" klubunun İdman direktoru Luiş Fiqu da olub. Gündüz Abbaszadə Luiş Fiqudan "Neftçi" ilə oyun barədə fikirlərini öyrənib. "İnter" rəsmisinin söylədiklərini futbolsevərlərə təqdim edirik: 
""Neftçi"nin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması bizim üçün xoş sürprizdi. Bildiyimə görə, buna qədər ölkənizdən heç bir klub belə bir uğur qazanmayıb. Vaxtilə milli komandanın heyətində Azərbaycan yığmasına qarşı oynamışam və qol vurmuşam. Həmin matçda məğlubiyyətdən çətinliklə qurtulmuşduq. Amma o zamandan xeyli müddət keçib və Azərbaycan futbolu da inkişaf edib. Bilirik ki, "Neftçi"yə qarşı oynamaq bizim üçün asan olmayacaq" (klub saytı).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31