Terimdən şəhidlərə böyük ilgi
7 Sentyabr 2012 11:51 İdman"Qalatasaray" futbol klubunun baş məşqçisi Fateh Terim son günlər ölkədə baş verən silsilə terror hadisələri səbəbindən ad gününü qeyd etməyib. 59 yaşı tamam olan Terim hər gün bir neçə şəhidi olan məmləkətdə ad günü keçirməyin sayğısızlıq olduğunu qeyd edib. İmperator ad günü tədbirlərinin hətta öz evində, ailəsi ilə birlikdə də keçirilməyəcəyini söyləyib.
Qeyd edək ki, Qaziəntəp terraktı ərəfəsində Qasımpaşa matçını dəyərləndirən Terim terror hadisəsindən dolayı heç bir sevinc hissi keçirmədiyini demişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31