"Xəzər Lənkəran"da ispaniyalı məşqçi
6 Sentyabr 2012 20:52 İdman"Xəzər Lənkəran"da ispaniyalı məşqçi çalışacaq. Bu haqda Qol.Az-a klubun baş məşqçisi Yunis Hüseynov məlumat verib. O qeyd edib ki, fiziki hazırlıq üzrə məşqçi olan Erik Roketa bu gün Lənkərə gələrək komandanın düşərgəsinə qoşulacaq. "O, İspaniyanın bir çox klubunda çalışıb. Gənc olduğu üçün də onun gətirilməsini istədim. Baxmayaraq ki, bir neçə başqa namizəd də vardı. Sirr deyil ki, İspaniya futbolu dünyada hegemonluq edir. Ən yaxşı futbol məktəblərinə sahibdilər. Ona görə də bir az ispan futboluna yaxın olmaq istədim. Erik İspaniyanın ən güclü futbol məktəbini bitirib. O, perspektivli məşqçidir", - deyə Y.Hüseynov bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31