Şahmat üzrə Dünya Kuboku Azərbaycanda keçiriləcək

Gənclər və İdman naziri Azad Rəhimovun Türkiyəyə  rəsmi səfəri başlayır. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, 7-9 sentyabrda İstanbul şəhərində keçiriləcək Beynəlxalq Şahmat Federasiyasının Baş Assambleyasında  Azərbaycanda 2015-ci ildə şahmat üzrə Dünya Kuboku yarısının və 2016-ci ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçirilməsi ilə əlaqədar təqdimatın edilməsi və çıxış  nəzərdə tutulub. Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE)  prezidenti K.İlyumjinovun   Azərbaycana səfəri zamanı Azərbaycanda 2015-ci ildə şahmat üzrə Dünya Kuboku yarısının və 2016-ci ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçirilməsi barədə ilkin razılıq əldə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31