Türk futboluna itki üz verdi

Türk futboluna ağır itki üz verib. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə,  Əskişəhirsporun futbolçusu Ədil Bəxtiyaroğlu ürək tutmasından dünyasını dəyişib. Bacısı ilə bərabər olduğu evdə qəflətən halı pisləşən futbolçu üçün həkim çağrılsa da, onu xilas etmək mümkün olmayıb. Ədil Bəxtiyaroğlunun ölümündən bir neçə saat əvvəl təlim məşq toplantısında iştirak etdiyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31