118 şagird qızıl, 20 şagird gümüş medal aldı
5 Sentyabr 2012 13:38 İdman2011-2012-ci dərs ilinin yekunlarına görə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 118 şagird qızıl, 20 şagird gümüş medalla təltif olunub. Təhsil Nazirliyinin məlumatına görə, ilk dəfə ötən tədris ilində təhsil aldığı müddətdə xüsusi nailiyyətlər qazanmış tam orta təhsil üzrə 53 məzun qızıl və gümüş medala (37 şagird qızıl, 16 şagird gümüş medala) layiq görülüb. Məzunların qızıl və gümüş medalla təltif olunması Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası" əsasında həyata keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31