Londondan xəbər var...
5 Sentyabr 2012 10:13 İdmanBöyük Britaniyanın paytaxtı Londonda XIV Paralimpiya Oyunları davam edir. AzərTAc xəbər verir ki, 100 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında mübarizə aparan idmançımız Natali Pronina ilk mərhələdə 1 dəqiqə 4 saniyə nəticə göstərərək qrupda üçüncü olmuşdur. Digər qruplarda da yarışlar başa çatdıqdan sonra finala yüksələn 8 üzgüçünün adı müəyyənləşmiş və bu idmançılar arasında Natali Pronina da olmuşdur. Həlledici mərhələdə N.Pronina yarışı ikinci pillədə başa vurmuş və London Paralimpiya Oyunlarında daha bir gümüş medal qazanmışdır. Yarışın qalibi Rusiya idmançısı Oksana Savçenko olmuşdur. Qeyd edək ki, N.Pronina 200 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında da gümüş medal qazanmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31