İstanbulda keçirilən dünya şahmat olimpiadasında nə baş verib?

. Türkiyənin İstanbul şəhərində keçirilən 40-cı dünya şahmat olimpiadasının yeddinci turunda Azərbaycanın kişilərdən ibarət komandası Rusiya, qadınlardan ibarət kollektivi isə Sloveniya ilə qarşılaşmışlar.Bu turda kişilərdən ibarət komandamız turnirin ən güçlü kollektivi olan Rusiyaya 1,5-2,5 hesabı ilə məğlub olmuşdur. Teymur Rəcəbov Vladimir Kramnik, Şəhriyar Məmmədyarov Sergey Karjakin, Rauf Məmmədov Dmitri Yakovenko ilə heç-heçə oynamış, Eltac Səfərli Aleksandr Qrisçuka uduzmuşdur.Komandamız yeddinci turda Çin kollektivi ilə qarşılaşacaqdır.Qadınlardan ibarət komandamızın Sloveniya kollektivi ilə qarşılaşması isə 2-2 hesabı ilə nəticələnmişdir. Gülnar Məmmədova Vesna Roziçə qalib gəlmiş, Zeynəb Məmmədyarova Anna Muziçuk, Xəyalə İsgəndərova Ana Srebniç oyunları heç-heçə nəticələnmiş, Nərgiz Umudova Yana Kriveçə uduzmuşdur .Qadın şahmatçılarımız növbəti turda Yunanıstan komandası ilə qarşılaşacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31