İspaniyanın "Barselona" klubu Lionel Messiyə ömürlük müqavilə təklif etməyə hazırlaşır. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, Messi karyerasını bitirənəcən, habelə futboldan getdikdən sonra belə klubda qalıb işləyə biləcək.
Messi Barselonada 2004-cü ildən çıxış edir. Onun həftəlik əməkhaqqı 183 min avrodur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31