Yeniyetmə güləşçilərimiz beynəlxalq turnirdə uğur qazanıb
4 Sentyabr 2012 13:30 İdmanBakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Gürcüstana ezam olunmuş 11 nəfərlik heyət Batumi şəhərində keçirilən dünya çempionu David Bedenadzenin şərəfinə həsr olunmuş yeniyetmələr arasında yunan-roma güləşi üzrə beynəlxalq turnirdə iştirak edib. Baş İdarənin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, bir çox ölkənin idmançılarının qatıldığı beynəlxalq turnirdə 5 idmançımız yüksək nailiyyətlər əldə edib. Belə ki, Qəhrəmanlı İsmayıl, Xəlilov Orxan, Ağarəhimov Adəm, Məmmədov Cavid III yerə, Eynalıyev Nəsib I yerə çıxaraq qızıl medala layiq görülüblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31