Azərbaycan Paralimpiadada daha bir medal qazandı

Üzgüçümüz Natali Pronina ikinci olub

Böyük Britaniyanın paytaxtı Londonda XIV Paralimpiya Oyunları davam edir. 200 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında mübarizə aparan idmançımız Natali Pronina ilk mərhələdə 2 dəqiqə 36 saniyə göstərici ilə qrupda birinci olub.Digər qrupun idmançıları da yarışdıqdan sonra finala yüksələn 8 üzgüçünün adı müəyyənləşib. Bu idmançılar arasında Azərbaycan üzgüçüsü Natali Pronina da olub.Həlledici mərhələdə idmançımız 2 dəqiqə 28 saniyə nəticə ilə yarışı ikinci pillədə başa vurub və London Paralimpiya Oyunlarının gümüş medalını qazanıb. Yarışın qalibi Rusiya idmançısı Oksana Savçenko olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31