Futbolçu qol vurdu, sonra öldü

Dünyanın futbol meydanlarında daha bir ölüm faktı qeydə alınıb. İsveçli futbolçu matç zamanı ölüb. Anspress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, 29 yaşlı oyunçu Viktor Brannstrem "Pitea"-"Umedalen" matçı zamanı dünyasını dəyişib.
"Pitea"nın oyuncusu Viktor Brannsterm rəqib komandanın qapısına qol vurandan sonra huşunu itirib.
Futbolçu dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ölümün ilkin səbəbi ürək tutması göstərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31