Foqts 7 futbolçudan imtina etdi
3 Sentyabr 2012 13:08 İdmanDÇ-2014-ün seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 7-də, Tofiq Bəhramov adına Respublika stadionunda İsrail, 4 gün sonra Braqa şəhərində Portuqaliya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının sentyabrın 3-dən 12-dək keçiriləcək təlim-məşq toplanışına dəvət olunmuş futbolçuların siyahısı açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Berti Foqts siyahıya 23 futbolçunun adını salıb.
Foqts hazırda Bakıda keçirilən təlim-məşq toplanışında iştirak edən Aqil Məmmədov, Vurğun Hüseynov, Nodar Məmmədov, Arif Daşdəmirov, Bədavi Hüseynov, Rizvan Umarov və Ruslan Qurbanovun adını əsas heyətə salmayıb.
Bu futbolçuların adı ehtiyat heyətə salınıb. Onlarla yanaşı, "Neftçi"dən Elvin Yunuszadə və Cavid İmamverdiyev də ehtiyat heyətə düşüb.
Qeyd edək ki, ehtiyat heyətdən Bədavi Hüseynov, Rizvan Umarov, Ruslan Qurbanov Elvin Yunuszadə və Cavid İmamverdiyev hazırda U-21-in məşqlərinə qatılır. Onlar sentyabrın 6-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində "Dalğa Arena"da İngiltərə ilə keçiriləcək oyunda iştirak edəcək.
Qapıçılar: Kamran Ağayev ("Xəzər Lənkəran"), Anar Nəzirov ("Qəbələ"), Andrey Popoviç ("Turan").
Müdafiəçilər: Rəşad Sadıqov, Maksim Medvedev (hər ikisi "Qarabağ"), Elnur Allahverdiyev, Ruslan Abışov (hər ikisi "Xəzər Lənkəran"), Vladimir Levin ("İnter"), Aqil Nəbiyev (AZAL), Ufuk Budak ("Eskişəhərspor", Türkiyə), Əli Gökdəmir ("Hannover, Almaniya).
Yarımmüdafiəçilər: Aleksandr Çertoqanov ("Qəbələ"), Rahid Əmirquliyev ("Xəzər Lənkəran"), Mahir Şükürov ("Neftçi"), Elvin Məmmədov ("Bakı"), Əfran İsmayılov ("Qarabağ"), Nizami Hacıyev ("İnter"), Cavid Hüseynov ("Adana Dəmirspor", Türkiyə).
Hücumçular: Vüqar Nadirov, Rauf Əliyev, Vaqif Cavadov (hamısı "Qarabağ"), Branimir Subaşiç ("Xəzər Lənkəran"), Cihan Özkara ("Erciyəsspor", Türkiyə).
Ehtiyat heyət: Aqil Məmmədov ("Bakı"), Vurğun Hüseynov, Nodar Məmmədov (hər ikisi "Qəbələ"), Elvin Yunuszadə, Cavid İmamverdiyev (hər ikisi "Neftçi"), Arif Daşdəmirov ("İnter"), Bədavi Hüseynov ("Anji", Rusiya), Rizvan Umarov ("Elçe", İspaniya), Ruslan Qurbanov ("Sumqayıt").