Fiqu Bakıya səfərini xatırladı

"Mən Azərbaycana qarşı yığmanın heyətində oynamışam". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin Avropa Liqasında rəqiblərindən olan Milan "İnter"inin rəsmisi Luis Fiqu deyib.
"Azərbaycana səfərimizi yaxşı xatırlayıram. Uzaq yolçuluq xeyli vaxtımızı almışdı. Onların stadionu balaca olsa da, ordakı atmosfer fantastik olur. Ona görə də "Neftçi" ilə oyunlar asan keçməyəcək".
Qeyd edək ki, Fiqu Portuqaliya yığmasının Azərbaycan millisi ilə AÇ-2000-nin seçmə mərhələsindəki oyunlarında çıxış edib. Həmin görüşdə hesabı yığmamızın üzvü Zaur Tağızadə açsa da, əlavə olunmuş 7-ci dəqiqədə Fiqu cavab qolunu vuraraq, portəgizləri məğlubiyyətdən xilas etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31