Tennis ulduzu nişan üzüyünü niyə qaytardı?

“Bu müddətdə gözəl vaxt keçirdik”

Tennis ulduzu Mariya Şarapova nişan üzüyünü geri qaytarıb. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən Şarapova bildirib ki, o Anadolu Efes basketbol klabunda oynayan nişanlısı Saşa Vujacicdən ayrılıb. O, bu barədə verilən suala belə cavab verib: "Əslində, şəxsi həyatımla bağlı mənə sual verilməsini gözləyirdim. Amma bu vaxta qədər soruşan olmamışdı... Biz iki il idi nişanlı idik. Amma ayrıldıq. Bu hər ikimiz üçün çətin bir qərar idi. Saşa ilə indi də münasibətlərimiz qalır, gözəl dostuq. Bu müddətdə gözəl vaxt keçirdik. Amma iş qrafikimiz bizim birgə olmağımıza mane olurdu. Xüsusilə də Saşanın Türkiyədə işləmək qərarı bizim görüşümüzü çətinləşdirdi. Türkiyədə oynayanda 10 ay müddətində onunla görüşə bilmədik. Buda ayrılmağımızı sürətləndirdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31