Qadın şahmatçılarımız Ermənistan yığmasını məğlub edib

Kişi şahmatçılarımız almanlarla heç-heçə oynayıb

Istanbulda keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın həm kişi, həm də qadın yığmalaları növbəti görüşünə çıxıb. Belə ki, 4-cü turda zəka sahiblərimiz ciddi rəqiblərlə qarşılaşıblar.Məhz buna görə də hər 2 millimiz əsas heyətə üstünlük verib. İlk 3 turu qələbə ilə başa vuran kişilərdən ibarət komandamız Almaniya şahmatçıları ilə qüvvələrini sınayıb. Bundan öncəki turlarda liderlər - Teymur Rəcəbovla Şəhriyar Məmmədyarova istirahət verən Vladimir Tukmakov bu dəfə onları ağ fiqurlarla oynadıb.Baş məşqçimiz orta reytinqi 14-cü olan almanlarla dueldə ilk 3 matçda çıxış edən Rauf Məmmədovun istirahət etməsinə ehtiyac duyub. Görüşə gəldikdə, millimiz Almaniya yığması ilə heç-heçə oynayıb.Qadın şahmatçılarımız isə Ermənistan yığması ilə qarşılaşıb. Qadınların baş məşqçisi Fikrət Sideyifzadə son 2 turdan sonra heyətdə dəyişiklik edib. O, orta reytinqinə görə 8-ci olan ermənilərə qarşı 4-cü lövhədə Nərgiz Umudovanı Xəyalə İsgəndərova ilə əvəzləyib ki, bu da öz bəhrəsini verib.Belə ki, qadın şahmatçılarımız Ermənistan yığmasını 2,5-1,5 hesabı ilə məğlub edib.Qeyd edək ki, 4 turdan sonra kişi şahmatçılarımız 7 xalla 8-ci pillədə, qadın zəka sahiblərimiz isə 6 xalla 22-ci pillədə qərarlaşıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31