İdmançılarımız bu gün London Paralimpiya Oyunlarında mübarizəyə başlayırlar

Böyük Britaniya paytaxtında böyük həyəcana start verilir

Bu gün Azərbaycan idmançıları London Paralimpiya Oyunlarında mübarizəyə qoşulurlarlar. AzərTAc xəbər verir ki, üzgüçümüz Natali Pronina 400 metr məsafəyə sərbəst üsulla yarışlarda ölkəmizi təmsil edəcəkdir. İdmançımız yarışa Bakı vaxtı ilə saat 14:03-də başlayacaqdır.Atıcımız Əkbər Məmmədov 10 metr məsafəyə atəşaçma yarışlarında, Zinət Vəliyeva isə kamandan oxatma idman növündə qüvvəsini sınayacaqlar. Atıcılıq yarışları saat 15:45-də, kamandan oxatma turniri isə saat 18:00-da start götürəcəkdir."ExCel North" Arenada təşkil olunan yarışda mübarizə aparacaq cüdoçularımız - Ramin İbrahimov (60 kq) və Bayram Mustafayevin (66 kq) ilk rəqibləri müəyyənləşmişdir. R.İbrahimov koreyalı Min-Ca Li ilə, B.Mustafayev isə rusiyalı Viktor Rudenko ilə üz-üzə gələcəklər. Cüdo yarışları saat 15:00-da başlayacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31