Çempionlar Liqası: "Fənərbağça" "Neftçi"yə yoldaş oldu

Ötən axşam Çempionlar Liqasında play-off mərhələsinin cavab görüşlərinə yekun vuruldu.Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə uğrunda 20 kollektiv mübarizə aparırdı.Bu iştirakçılar arasında, təəssüf ki, artıq Azərbaycan təmsilçisi yox idi. Ölkə çempionu "Neftçi" bu turnirin ikinci təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Gürcüstan "Zestafoni"sinin aqibətini İsrail təmsilçisi "Hapoel"ə (Kiryat Şmona) yaşada bilmədi və ÇL ilə vidalaşmalı oldu.Məhz "Neftçi"ni ÇL-dən uzaqlaşdırmış "Hapoel" özü də bu turnirlə vidalaşmalı olub. Elə qardaş Türkiyənin "Fenerbahçe" klubu da çıxışını başa vurmalı olub. Bu iki komanda ilə yanaşı, pley-off mərhələsinin bütün məğlubları Avropa Liqasının qrup mərhələsinə "köçmək" məcburiyyətində qalıblar. Qalib gələn 10 klub isə ÇL-in qruplarına vəsiqəni təmin ediblər.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi (cavab oyunları)
28 avqust

Hapol (Kiryat Şmona, İsral) - BATE (Belarus) - 1:1 (0:2)
Qollar: Lençe, 67 - Pavlov, 90+4.

Anderlecht (Belçika) - AEL Limassol (Kipr) - 2:0 (1:2)
Qollar: Mbokani, 81, Yakovenko, 89.

Maribor (Sloeniya) - Dinamo (Zaqreb, Xorvatiya) - 0:1 (1:2)
Qol: Tonel, 12.

Udinese (İtaliya) - Braga (Portuqaliya) - 1:1 (penaltilərlə - 4:5) (1:1)
Qollar: Armero, 25 - R.Mikael, 72.

Panathinaikos (Yunanıstan) - Malaga (İspaniya) - 0:0 (0:2)

29 avqust

Fenerbahçe (Türkiyə) - Spartak (Moskva, Rusiya) - 1:1 (1:2)
Qollar: Sou, 69 - Ari, 6.

Dinamo (Kiyev, Ukrayna) - Borussia (Münhenqladbax, Almaniya) - 1:2 (3:1)
Qollar: İdeye, 88 - Xaçeridi, 70-öz qapısına, Aranqo, 78.

Lille (Fransa) - Copenhagen (Danimarka) - 2:0 (0:1)
Qollar: Diqne, 43, De Melo, 105.

CFR Cluj (Rumıniya) - Basel (İsveçrə) - 1:0 (2:1)
Qol: Kapetanos, 20.

Celtic (Şotlandiya) - Helsingborg (İsveç) - 2:0 (2:0)
Qollar: Huper, 29, Vanyama, 88

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31