İspaniya Superkubokunun sahibi bəlli oldu
30 Avqust 2012 12:29 İdmanÖtən gecə İspaniya Superkubokunun yeni qalibi müəyyənləşdi.Futbol üzrə İspaniya Super Kubokunda cavab oyunu keçirilib. Azerisport.az xəbər verir ki, həlledici oyunda son çempion "Real"la kubokun qalibi "Barcelona" qarşılaşıb.Bir həftə öncə Kataloniyada keçirilən görüşdə meydan sahibləri qalib gəlmişdilər. Madriddəki görüşdə isə "Real" qələbə qazanıb. Ümumi nəticədə hesab bərabər olsa da, səfərdə daha çox qol vurması Madrid klubunun işinə yarayıb.Beləcə, "Real" İspaniya Super Kubokunun qalibi adını qazanıb. Bu, madridlilərin 9-cu belə uğurudur. Bu dəfə məğlub olan "Barcelona" isə sözügedən titulu hamıdan çox qazanan klubdur - 10 dəfə.
İspaniya Super Kuboku (cavab oyunu)
29 avqust
Real - Barcelona - 2:1 (ilk oyun 2:3)
Qollar: İquayn, 11, Ronaldo, 19 - Messi, 45.