Londonda Paralimpiya oyunlarının möhtəşəm açılış mərasimi olub
Londonun Olimpiya stadionunda XIV Paralimpiya oyunlarının açılış mərasimi keçirilib
30 Avqust 2012 11:12 İdmanAzərTAc xəbər verir ki, avqustun 29-da Böyük Britaniyada XIV Paralimpiya oyunlarının təntənəli açılışı olmuşdur. Londona 166 ölkənin idmançıları gəlmişlər. Budəfəki iştirakçı ölkələrin sayı dörd il əvvəlki Pekin Paralimpiadası ilə müqayisədə 20 ölkə çoxdur.Açılış mərasimində milli komandamızın bayraqdarı ikiqat paralimpiya çempionu, cüdoçu İlham Zəkiyev olmuşdur.Paralimpiya oyunları ilk dəfə - 1948-ci ildə məhz Böyük Britaniyanın Stok-Mandevil şəhərində keçirilmişdir. Tədbir İkinci Dünya müharibəsi veteranlarının əhval-ruhiyyəsini yüksəltmək üçün təşkil edilmişdir.2012-ci il Paralimpiya oyunlarında Azərbaycanı 21 idmançı - Hüseyn Həsənov, Oleq Panyutin, Vladimir Zayets, Uluxan Musayev, Elçin Muradov, Rza Osmanov, Mədinət Abdullayeva, Samir Nabirov (yüngül atletika), Yelena Taranova, Əkbər Muradov (güllə atıcılığı), Zinyət Vəliyeva (kamandan oxatma), Ramin İbrahimov, Bayram Mustafayev, Rövşən Səfərov, Tofiq Məmmədov, Kərim Sərdarov, İlham Zəkiyev, Afaq Sultanova (cüdo), Natalya Pronina (üzgüçülük), Elşən Hüseynov, Məhərrəm Əliyev (pauerliftinq) təmsil edəcəkdir.