"Real" "Barselona"dan revanş ala biləcək?
Bu gün İspaniya Superkobku uğrunda cavab matçı keçiriləcək
29 Avqust 2012 15:32 İdmanİspaniya Superkuboku uğrunda matçda "Real"la "Barselona" klubları ikinci dəfə üz-üzə gəlirlər. ANS PRESS-in məlumatına görə, ilk görüşdə rəqibinə 2:3 hesabı ilə məğlub olan "Real" həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Madriddə baş tutacaq görüşdə qeydə alınacaq istənilən heç-heçə "Barselona"nı qane edəcək.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 01:30-da başlayacaq.
İspaniya Superkubokunun cavab görüşü
01:30. "Real" (Madrid) - "Barselona" (İlk oyun - 2:3)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31