Təxirə salınan oyunların vaxtı bəlli oldu
28 Avqust 2012 17:40 İdmanPremyer Liqanın təxirə salınmış oyunlarının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası I turun "Neftçi" - "Bakı", IV turun "Xəzər Lənkəran" - "Simurq" və AZAL - "Neftçi" qarşılaşmalarının keçiriləcəyi tarixi açıqlayıb.
İlk 2 oyun sentyabrın 20-də keçiriləcək. Bununla əlaqədar olaraq, VI turun "Simurq" - "Kəpəz" oyununun da vaxtı dəyişdirilib. Həmin qarşılaşma sentyabrın 23-dən 24-ə keçirilib.
AZAL - "Neftçi" oyunu isə oktyabr 23-də baş tutacaq. Buna görə də daha 3 matçın vaxtı dəyişdirilib. X turun "Simurq" - AZAL oyunu oktyabrın 26-dan 27-nə, XI turun AZAL - "Bakı" qarşılaşması oktyabrın 30-dan 31-nə, XII turun "Kəpəz" - "Bakı" görüşü noyabrın 3-dən 4-nə keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31