Şəmsi Səmədzadə və oğlu axtarışa verildi

Tanınmış iş adamı Şəmsi Səmədzadə (Səmədoğlu) və oğlu barəsində Gürcüstanda axtarış elan edilib. 

Olaylar.az Demokrat.az-a istinadən xəbər verir ki, Şəmsi Səmədzadənin adı Gürcüstan ərazisində mal-qara oğurluğunda çəkilir. 

Xatırladaq ki, Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. O, 2000-ci ildə, yəni 36 yaşında həbs edilərək, ömürlük cəzaya məhkum edilib. 

Şəmsi Səmədzadə Prezidentin əfv Sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.

Məsələ ilə bağlı Şəmsi Səmədzadə ilə əlaqə saxlamağa çalışsaq da, telefonuna zəng çatmayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31