Azərbaycanda zəlzələ oldu - YENİLƏNİB
8 Noyabr 2023 09:55 Hadisə"İlkin məlumatlara əsasən Azərbaycanla İran sərhədində zəlzələ qeydə alınıb".
Bu barədə Olaylar.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, 09:18-də baş verən zəlzələ sərhəd rayonlarında - Yardımlı, Lerik, Saatlı, Ağdamda hiss olunub.
------
09:26
Lənkəranda zəlzələ olub.
Saat 09:19 radələrində Lənkəranda zəlzələ baş verib. Bu barədə Olaylar.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Yeraltı təkanlar təqribən 3 - 4 bal arasında hiss edilib. Zəlzələ Cəlilabadda da hiss edilib.
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31