Qadının çantasını əlindən aldı: pulunu, telefonunu götürüb qaçdı

Noyabrın 5-də Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini olan qadının içərisində pulu, mobil telefonu və sənədləri olan çantasının soyğunçuluq yolu ilə talanması barədə Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə məlumat daxil olub.

DİN-dən Olaylar.az -a verilən məlumata förə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Rəvan Balayev saxlanılıb.

Araşdırma aparılır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31