Masallı sakini tüfənglə özünə xəsarət yetirdi
7 Noyabr 2023 12:50 HadisəNoyabrın 7-də saat 10 radələrində Masallı rayon Köçəkli kənd sakini Muradov Əli Ağabala oğlunun ov tüfəngi ilə ehtiyatsız davrandığına görə xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. Bu barədə Olaylar.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Məlumata görə, həmin şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31