Azərbaycanda faciə baş verdi - ÖLƏN VAR
7 Noyabr 2023 10:09 HadisəBərdədə üç gün öncə ana olan qadın bu gün həyatını itirib.
Olaylar.az xəbər verir ki, üç gün öncə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində uşaq dünyaya gətirən qadın evə buraxılıb. Evdə səhhəti pisləşən 1999-cu il təvəllüdlü Nəsibə Canpolad qızı Əlizadə yenidən xəstəxanaya müraciət edib.
Müayinələrdən sonra əməliyyata götürülən Nəsibə Əlizadənin vəziyyəti ağırlaşıb və onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır. (musavat)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31