"Mercedes" aşdı - ata və oğul öldü
6 Noyabr 2023 11:10 HadisəAğsu dolaylarında qəza baş verib.
Olaylar.az bildirir ki, ilkin məlumatlara əsasən, hadisə nəticəsində "Mercedes" markalı avtomobil aşıb.
Nəticədə Ağsu rayonu Cəlayır kəndindən olan 1974-cü il təvəllüdlü Xangəliyev Əmir Ağaxan oğlu və 2008-ci il təvəllüdlü Xangəliyev Məsud Əmir oğlu ölüb, Ağsu rayon Padar kənd sakini 1999-cu il təvəllüdlü Həsənli Həsən Nazim oğlu ağır yaralanıb. Ölənlər ata və oğuldurlar. Faktla bağlı araşdırma aparılır.
Əlavə məlumat veriləcək. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31