Azərbaycanda 24 yaşlı oğlan benzin tökərək özünü yandırdı
6 Noyabr 2023 10:27 HadisəAğstafa sakini yanıq xəsarətləri alıb.
Olaylar.az bildirir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb. 1999-cu il təvəllüdlü Şahin Namazov bədəninin 2-3-cü dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal gənc oğlana yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, Şahin Namazov üzərinə benzin tökərək özünü yandırıb. Onun hansı səbəbdən özünü yandırması məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31