Bakı sakini atasından qalan ov tüfəngi ilə polis bölməsinə yaxınlaşdı

Vətəndaşlarda olan döyüş silahlarının könüllülük əsasında təhvil verilməsi üçün əhali arasında aparılan profilaktik tədbirlər davam etdirilir.

DİN-dən Olaylar.az-a verilən məlumata görə, Xətai RPİ-nin 35-ci PB-nə müraciət edən paytaxt sakinlərindən biri 1986-cı ildə dünyasını dəyişən atasından qalan və bu günə kimi saxladığı 1 ədəd tək lüləli ov tüfəngini könüllü polisə təhvil verib.

Bundan başqa Xətai rayon sakini olan daha bir nəfər polisə məlumat verərək aşkar etdiyi 3 ədəd əl qumbarası, 3 ədəd alışqan, 1 ədəd patron darağı və 82 ədəd müxtəlif növ odlu silaha aid partonları polisə təhvil verib.

Məlumat verən vətəndaşlara qarşı heç bir cəza tədbiri görülməyib. Polisə vaxtında məlumat verdiyi üçün onlara təşəkkür edilib.

Bakı sakini atasından qalan ov tüfəngi ilə polis bölməsinə yaxınlaşdı
Bakı sakini atasından qalan ov tüfəngi ilə polis bölməsinə yaxınlaşdı

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31