Bu dəfə avtomobil yox, parklanma lövhəsini oğurladılar

Noyabrın 3-də Səbail rayonu ərazisindən 1400 manat dəyərində 2 ədəd parklanma lövhəsinin oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən Olaylar.az-a verilən məlumata görə, Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Niyaməddin Fərəcov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31