Oğuz sakini ov tüfəngi ilə ehtiyyatsız davrandığına görə yaralanıb

Oğuz sakini ov tüfəngi ilə ehtiyyatsız davrandığına görə yaralanıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Olaylar.az-a bildirilib ki, noyabrın 4-ü gecə saatlarında Oğuz rayon sakini, 2001-ci il təvəllüdlü Elgün Xəlilzadənin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.

İlkin araşdırma zamanı həmin şəxsin ov tüfəngi ilə ehtiyyatsız davranması nəticəsində xəsarət aldığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31