Bakıda musiqi alətləri mağazasına oğurluğa girmək istədi: ələ keçdi
3 Noyabr 2023 11:53 HadisəNoyabrın 1-də gecə saatlarında Binəqədi rayonu ərazisində yerləşən qorunan musiqi alətləri mağazasından Binəqədi Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
Olaylar.az-a DİN-dən verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gəlib və oradan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxs saxlanılaraq 40-cı Polis Bölməsinə təhvil verilib.
Onun Qubadlı rayon sakini T.Ələsgərov olması məlum olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31