Bakıda “Prius” ”Ferrari” ilə toqquşdu: İki nəfər xəsarət aldı - Video

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

Olaylar.az xəbər verir ki, hadisə Salatın Əsgərova ilə İslam Səfərli küçələrinin kəsişməsində baş verib.

Belə ki, "Toyota Prius" markalı maşının sürücüsü yol nişanının tələbinə əməl etməyərək qəfil yola çıxıb.

Bu zaman maşın kəsişmədən keçən 77-SM-077 dövlət nişanlı "Ferrari" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində hər iki maşının sürücüsü xəsarət alıb.

Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. (APA)

VİDEO

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31