İmişlidə 32 yaşlı kişinin faciəli ölümü - Bir ay əvvəl ailə qurub...

İmişlidə 32 yaşlı kişi özünü asaraq intihar edib. Olaylar.az xəbər verir ki, hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1991-ci il təvəllüdlü Alıyev Əlişir Mahmud oğlu özünü yaşadığı evin həyətindəki tövlədə asaraq intihar edib. İntiharın motivi məlum deyil. Qeyd edilir ki, Ə.Alıyev 1 ay əvvəl ailə həyatı qurub. Faktla bağlı İmişli prokuroluğunda araşdırma aparılır. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31