Kəmərə görə saxlanılmışdı, görün nələr aşkarlandı
31 Oktyabr 2023 10:10 HadisəOktyabrın 29-da saat 15 radələrində Xırdalan şəhəri ərazisində "TOFAŞ" markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyindən Olaylar.az-a verilən məlumata görə, araşdırmalarla sürücü, Abşeron rayon sakini Cavid Səmədovun sürücülük vəsiqəsinin müddətinin bitməsi və onun sərxoş halda olması müəyyən edildiyindən barəsində inzibati protokol tərtib edilib.
Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı isə oradan 14 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31