Sumqayıtda mebel sexində bədbəxt hadisə - Ölən var

Sumqayıtda 4 gün əvvəl iş yoldaşı ilə münaqişə zamanı başından zərbə alan 36 yaşlı kişi bu gün ölüb.

Olaylar.az    bildirir ki, hadisə Çerkassi küçəsində yerləşən mebel sexlərindən birində baş verib.

1987-ci il təvəllüdlü Amid Həmid oğlu Gözəlov iş yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı A. Həmidov başından ağır zədə alıb. Zədə alan şəxs xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq o, bu gün müalicə aldığı xəstəxanada ölüb.

Fakt araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31