Gürcüstanda 17 yaşlı azərbaycanlı faciəvi şəkildə öldü

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Dmanisi bələdiyyəsinin Yırğançay kəndində bədbəxt hadisə zamanı 17 yaşlı Kərəm Yusubov həyatını itirib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, hadisə onun traktoru idarə etməsi zamanı baş verib.

Bildirilib ki, yeniyetmə idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Nəticədə o vəfat edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31