Aeroport yolunda ölənin kimliyi məlum oldu

Bakıda qəza nəticəsində vəfat edən təmizlik işçisinin kimliyi müəyyənləşib.

Aeroport yolunda bədbəxt hadisə - VİDEO

Olaylar.az xəbər verir ki. bununla bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, hadisə bu gün səhər Suraxanı rayonu Ramana qəsəbəsi Samir Əliyev küçəsində qeydə alınıb.

Belə ki, sürücü, Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Sabunçu rayonu Maştağa qəsəbəsindəki Zeytun Emalı müəssisəsinin ərazisində yaşayan 06.05.1997-ci il təvəllüdlü İlkin Vüqar oğlu Şirinov idarə etdiyi "Fiat Doblo" markalı "99-CK-457" dövlət nömrə nişanlı avtomobillə yol kənarında təmizlik işləri görən Tovuz rayonu Lazılar kənd sakini 10.12.1969-cu il təvəllüdlü Pəri Müseyib qızı Məmmədovanı vurub.

Qəza nəticəsində ağır xəsarət alan təmizlik işçisi vəfat edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31